Deputat yeni çəkilən yola baxış keçirdi – FOTObackend

Goranboy rayonunun Dəliməmmədli–Düzqışlaq–Bağçakürd–Dəyirmanlar–Azad–Nizami avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq müvafiq işlərə başlanılmışdır.

“Yeni Gündəm” xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, millət vəkili Anar Məmmədov və hüquq-mühafizə orqanlarının əməkdaşları yeni salınacaq olan yolda işin gedişatı ilə maraqlanıblar.

Başçı və millət vəkili həmin ərazilərin sakinləri ilə də görüşüb, onların istək və təkliflərini dinləyib. Goranboyda əhalinin çox sıx şəkildə yaşadığı əraziləri birləşdirən avtomobil yolunun təmirinə görə sakinlər cənab Prezident cənab İlham Əliyevə dərin təşəkkürlərini bildiriblər.