Deputatlar iki rayonun ləğvinə razılıq verdibackend

Milli Məclisdə Gəncə şəhərinin Nizami və Kəpəz rayonlarının ləğv edilməsinə dair layihə müzakirəyə çıxarılıb.

İctimai.az bildirir ki, layihəyə əsasən, Nizami və Kəpəz rayonlarındakı inzibati ərazi dairələri Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.