Deputatlığa namizəd Vüsal Sultanlı seçicilərə müraciət edibbackend

1 sentyabr 2024-cü il tarixində keçiriləcək 7-ci çağırış Milli Məclisə növbədənkənar seçkilərdə 67 saylı Sabirabad seçki dairəsində namizəd Vüsal Sultanlı seçicilərə müraciət edib.

Əziz Sabirabadlılar və dəyərli seçicilərim.

Bildiyiniz kimi 1 sentyabr 2024-cü il tarixində AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ MƏCLİSİNƏ növbədənkənar seçkilər keçiriləcəkdir. Mən də 67 saylı Sabirabad seçki dairəsindən, sizin SABİRABADLI namizədiniz kimi öz namizədliyimi irəli sürərək seçkilərdə iştirak etməyi qərara aldım. Bildirmək istəyirəm ki, qanunla müəyyən edilmiş say qədər seçici imzalarının toplanılması nəticəsində həmin dairə komissiyası tərəfindən namizədliyim qeydə alındı.

Əziz seçicilərim, parlament seçkilərində iştirakımla bağlı qərar verdiyim andan etibarən, gənclərlə daha yaxından çalışmağı, gənclərin problemlərini daim diqqətdə saxlamağı və həmin problemlərin həlli istiqamətində mühüm işlər görməyi özümə məqsəd seçmişəm. Xüsusi ilə qeyd etmək istəyirəm ki, yaşından aslı olmayaraq hər bir seçici mənim üçün dəyərlidir. Bu səbəbdən bütün yaş qruplarından olan seçicilərimin daim yanında olub, onlara lazımi dəstəyi göstərməyi özümə borc bilirəm.

Mənim üçün doğma olan Sabirabadın gözəlləşməsi, sosial-iqtisadi inkişafı, əhalinin rifahı və asudə vaxtlarını səmərəli keçirə biləcəyi hər tərəfli inkişaf etmiş şəhər və rayonlardan biri olması çox vacibdir. Bunun üçün mən, həm dövlət həm də özəl sahibkarlıq subyektləri ilə birlikdə çalışacağam.

Təhsilli Sabirabad gəncliyinin yetişməsi, gələcəyimiz olan uşaqların və gənclərin təhsil həyatlarında uğurlu ola bilmələri üçün kompleks tədbirlər həyata keçirəcəyəm.

Seçkilərin nəticəsindən aslı olmayaraq hər zaman seçicilərimin yanında olacağam.

Hörmətlə,

Sultanlı Vüsal İlqar oğlu