Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı müzakirələrdə Almaniya sülh sazişindən sonra respublikanın hava hücumundan müdafiəsinin və Ukrayna Silahlı Qüvvələrinin imkanlarının gücləndirilməsinə töhfə verməyə meyllidir, lakin qoşun göndərmək vədindən yayınır. Bu barədə “Der Spiegel” jurnalı məlumat yayıb.
Jurnalın məlumatına görə, Parisdə “istəklilər koalisiyası”nın görüşü zamanı Berlin əsas töhfə kimi Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyi təklif edəcək. Plan hər il dəstəyin daha 20% artırılmasını nəzərdə tutur.
Bundan əlavə, Almaniya Ukraynanın gələcək imkanlarının gücləndirilməsi üzərində işləmək niyyətindədir. Bura ölkə ərazisində qanadlı raketlərin istehsalı daxildir. Berlin həmçinin Ukrayna Silahlı Qüvvələrinin bir neçə briqadasını silahlandırmağa hazırdır.