Detroitdə Robocopun bürünc heykəli ucaldılıbbackend

Associated Press (AP) “Free Age” kinoşirkətinin həmtəsisçisi Cim Toskanoya istinadən xəbər verir ki, Detroitin Şərq bazarı rayonunda ticarət mərkəzinin yaxınlığında 3,3 metr hündürlüyündə RoboCop-un bürünc heykəli qoyulub.

Toskanonun sözlərinə görə, heykəl səkiyə bərkidilib və hətta qar fırtınası və qaranlıqda insanlar onu görmək üçün maşınla yanından keçirlər.

RoboCop 1987-ci ildə buraxıldı. Film cinayət bataqlığında olan gələcək Detroiti təsvir edir. Peter Weller eksperiment nəticəsində az qala toxunulmaz bir kiborqa çevrilən polis məmurunu canlandırır.

Noyabr ayında Londonun mərkəzindəki Lester meydanında amerikalı aktrisa Rene Zellvegerin canlandırdığı Bridcet Cons filmlərinin baş qəhrəmanının bürünc heykəlinin açılışı olub. Heykəl Londonun 3D Eye studiyası tərəfindən hazırlanıb. O, qısa paltar geyinmiş Consu təsvir edir. Qızın əlində ilk filmdən məlum olan gündəlik və qələm var.