Di Kaprionun sevgilisi ürək formalı brilyant olan üzüyü nümayiş etdiribbackend

Leonardo Di Kaprionun sevgilisi, model Vittoria Ceretti ürək formalı brilyant qaşlı üzük nümayiş etdirib. Fotolar Daily Mail saytında dərc olunub.

Vittoria Ceretti və Leonardo DiCaprio dostları ilə İtaliyada yaxtada olarkən paparassilər fotolarını çəkiblər. Model sol üzük barmağına ürək formalı brilyant üzük taxıb. Podyum ulduzu bikini, qara don və gün eynəyi taxaraq fotosessiyaya çəkilib.

Leonardo Di Kaprionun model Vittoria Ceretti ilə münasibəti ilə bağlı şayiələr 2023-cü ilin mayında ortaya çıxdı. Sonra onlar Kannda gəzərkən görüntüləniblər. Sentyabrın əvvəlində aktyor və model İbizadakı gecə klubunda öpüşərkən lentə alınıb. Fevralın sonunda məşhurlar Los-Ancelesdə gəzərkən yaxalanıblar. Bu yaxınlarda sevgililər nişanları ilə bağlı dedi-qodulara səbəb olub. Paparassilər Vittoria Cerettinin adsız barmağında üzüyü görüblər. Lakin tezliklə bir insayder bildirib ki, Di Kaprio hələ belə ciddi addıma hazır deyil.

Mənbə: Daily Mail