“Diamonds of Turkey 2021” – İlk dəfə AZƏRBAYCANDAbackend

 

“Trend of the year”, “Beauty Star Azerbaijan”, “Caspian Awards” layihələrinin rəhbəri Ayaz Məmmədov 2021-ci ilin ən reytinqli və prestijli layihəsinin start götürdüyünü mətbuata açıqlayıb.

Dünyanı bürümüş koronavirus pandemiyasının ağır fəsadlarına baxmayaraq, “Diamonds of Turkey 2021” fevral ayında Azərbaycanda ilk dəfə olaraq “Avand Production”ın təşkilatçılığı, D’ES Yapım & Organizasyon və Ayaz Məmmədovun imzası altında həyata keçiriləcək.

 

İctimai.az xəbər verir ki, Komitə rəsmisinin İslahat.az-a verdiyi məlumata əsasən, 2021-ci ildə baş tutacaq “Diamonds of Turkey 2021” lahiyəsinin laureatlarının adları fevral ayında məlum olacaq.

Təşkilati komitədən verilən məlumata görə “Diamonds of Turkey 2021” Bakıda keçiriləcək.

“Diamonds of Turkey 2021” mükafatı, təşkilati komitənin il ərzində media və sosial şəbəkələrdə apardığı müşahidələrə əsasən, sayılıb seçilən incəsənət nümayəndələrinə, iş adamlarına, media, tibb, moda, idman, ictimai xadimlər, elm xadimləri, müxtəlif sahələrdə uğur qazanmış şəxslərə və şirkətlərə təqdim olunacaq.

Mükafatçılar sırasında digər ölkələrdən də məşhur simaların iştirak edəcəyi bildirilib.

“Diamonds of Turkey 2021” mükafatlandırma mərasiminin keçirilməsində məqsəd müxtəlif sahədən olan insanları motivasiya etmək və bir araya toplayaraq geniş ictimaiyyətə təqdim etməkdir.

“D’ES Yapım & Organizasyon Doğukan Cihantimur, Emrecan Diktepe ve Selim Dolu rəhbərliyi altında fəaliyyət göstərən bir Yapım & Organizasyon şirkətidir.

‘D’ES Yapım & Organizasyon” şirkəti İstanbulda daha öncə – “Gold Faces of Turkey”, “Türkiye Doğu Ödülleri”, “Diamonds of Turkey”, “Gold Faces of Turkey 2”, “Azerbaijan Gala Night”, “Gold Faces of Turkey III” və “Life & Beauty Awards” layihələrini həyata keçirib.

Qeyd edək ki, “Diamonds of Turkey 2021” layihəsinin aparıcı postuna Azər Axşam layiq görülüb.

İctimai.az