“Digital Diplomatlar” layihəsi iştirakçıları REAL TV-də olublarbackend

Dünya Azərbaycanlıları Gənclər Təşkilatının təşəbbüsü ilə keçirilən “Digital Diplomatlar” layihəsi çərçivəsində sonuncu infotur Real TV-yə edildi. Digital diplomatların Real TV-nin baş direktoru Mirşahin Ağayev və Sənədli filmlər departamentinin direktoru Vəfa Ağabalayeva ilə maraqlı və interaktiv müzakirələri baş tutdu.

İnfotur zamanı media sahəsində yeni layihələr, Real TV-nin Azərbaycanın media məkanında oynadığı rol və gənc jurnalistlərin inkişafı ilə bağlı ətraflı müzakirələr aparıldı.

Qeyd edək ki, “Digital Diplomatlar” layihəsi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilir.