AR QHT–lərə Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi və Dünya Azərbaycanlıları Gənclər Təşkilatının təşkilatçılığı ilə keçirilən “Digital Diplomatlar” layihəsinin növbəti qonağı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva olmuşdur.
Uzun illərin təcrübəsinə əsaslanaraq Aygün xanım digital diplomatlarla “COP29-da qeyri-hökumət təşkilatlarının iştirakçılığı” mövzusunda müzakirələr aparmış və gələcək perspektivlər barədə fikirlərini bölüşmüşdür.

