Dilan Polat psixiatrik xəstəxanaya yerləşdirildibackend

Türkiyədə çirkli pulların yuyulmasında ittiham olunaraq saxlanılan məşhur fenomen Dilan Polat Psixi və Əsəb Xəstəlikləri Xəstəxanasına yerləşdirilib.

Qeyd olunur ki, 2019-cu ildən bəri antidepresant preparatlardan istifadə edən Dilanın dərman vasitələri bitdiyi üçün cümə günü xəstəxanaya yerləşdirilib.

Müayinələrdən sonra o, yenidən Silivridəki Mərmərə Qapalı Cəza Müəssisəsinə aparılıb.

Xatırladaq ki, Türkiyədə son zamanlar sosial media fenomenlərindən polisə çoxsaylı şikayətlər daxil olur. Keçirilən əməliyyatlar çərçivəsində noyabrın 1-də məşhur fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb.

Mənbə: Haber Global