DİM təhsil haqqı ilə bağlı düzəliş etdibackend

Dövlət İmtahan Mərkəzi “Magistr” jurnalının 4-cü nömrəsində düzəliş edib.

İctimai.az xəbər verir ki, bu haqda DİM məlumat yayıb.

Bildirilib ki, jurnalın 46-cı səhifəsində Bakı Ali Neft Məktəbinin “248279 Biznesin təşkili və idarə edilməsi (MBA proqramı üzrə) – Maliyyə (MBA, tədris ingilis dilində)” ixtisaslaşmasının təhsil haqqı texniki səbəblərdən səhvən 5000 əvəzinə 3000 göstərilib.

Qeyd olunan ixtisaslaşma üzrə təhsil haqqı 5000 manatdır.