DİN-dən İsmayıllıda sakinlərlə turistlər arasında geyimə görə yaranmış gərginliyə REAKSİYAbackend

Daxili İşlər Nazirliyi İsmayıllı rayonunda yerli turistlərə təzyiq edilməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı İsmayıllı Rayon Polis Şöbəsinə hər hansı bir müraciət daxil olmayıb:

“Ancaq yayılan videogörüntülərdə sözlü mübahisə edən yerli sakinlərlə profilaktik söhbət aparılıb”.