Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Avro-Atlantik regionda yeganə kommunikasiya kanalı olaraq qalır.
Bunu RİA Novosti-yə Rusiya Federasiyasının qurumdakı daimi nümayəndəsi Aleksandr Lukaşeviç deyib.
O, əmindir ki, hazırda bu təşkilatın formatının “ciddi ideoloji və siyasi deqradasiyasını” müşahidə etmək olar.
“Buna baxmayaraq, bu, hələ də Avro-Atlantik regionda qalan yeganə kommunikasiya kanalıdır”, – diplomat bildirib.
Lukaşeviçin fikrincə, Rusiya bu formatda iştirak etdiyi müddətdə ATƏT-i Qərb dövlətlərinin qaydaları ilə yenidən qurmaq mümkün olmayacaq.