Rusiya Xarici İşlər Nazirliyinin ikinci Asiya departamentinin direktoru Zamir Kabulov bildirib ki, Rusiya Taliban hərəkatının Əfqanıstandakı vəziyyəti tənzimləmə tərzindən məyusdur.
O, bu barədə “The Week” nəşrinə müsahibəsində bildirib.
Kabulovun sözlərinə görə, Rusiya Federasiyası digər dövlətlərin daxili işlərinə qarışmamağa çalışır, lakin buna baxmayaraq, Əfqanıstandakı işlərin hazırkı durumundan məyus olduğunu gizlədə bilmir.
“O (Taliban hərəkatı) amerikalıları və bütün kukla hökumətləri qovmaq üçün əla iş gördü. Amma o, dövləti necə idarə etməyi öyrənməyib”, – diplomat bildirib.
Mənbə: RİA Novosti
İctimai.az

