Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi şərəfinə Nyu-Yorkda Rusiyanın BMT yanında Daimi Nümayəndəliyinin yaşayış kompleksinin binasında səkkiz və sıfır rəqəmləri yanıb.
Bu barədə TASS məlumat yayıb.
Agentliyin müxbirinin verdiyi məlumata görə, qaranlıq çökən zaman diplomatik nümayəndəliyin əməkdaşları pəncərələri işıqlandırıblar ki, fasadda 80 rəqəmi görünüb. Daimi nümayəndəlik qeyd edib ki, aksiya “bizə dinc səma və azadlıq bəxş edənlərin minnətdarlıq əlaməti və xatirəsi kimi” keçirilir.