Cəlilabadda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Bədirli kəndində qeydə alınıb.
Rayonun Babaxanlı kənd sakini Ziyatay Uruf oğlu Zeynalov idarə etdiyi avtomobillə Bədirli kənd sakini, Xudu Abdulla oğlu Əliyevi vurub. Xəsarət alan piyada dərhal təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.
Həkimlər bildirir ki, X.Əliyevin vəziyyəti ağırdır.
Qeyd edək ki, Ziyatay Zeynalov Babaxanlı kənd orta məktəbinin direktorudur. Hadisə ilə bağlı araşdırma aparılır.













