Dünyanın bir sıra ölkələrində istifadəçilər Discord platformasında nasazlıq olduğunu bildirirlər. Bu barədə məşhur internet resurslarının işinə nəzarət edən Downdetector xidmətinin saytında məlumat verilib.
Onun məlumatlarına görə, istifadəçilərin 53%-i serverə qoşulmada problem yaşayır, 41%-i proqramların nasazlığından, 6%-i isə saytın funksionallığından şikayətlənir.
ABŞ-da 133.000-dən çox istifadəçi Discord-a daxil olmaqda çətinlik çəkdiyini bildirdi. Bundan başqa, Braziliya, Böyük Britaniya, Almaniya, İtaliya, Türkiyə, Fransa və digər ölkələrdə fasilələr müşahidə olunur.