Distant təhsil uğurludur? – SORĞU + NƏTİCƏbackend

2 noyabrdan etibarən Təhsil Nazirliyinin qərarı ilə təhsil prosesi distant formada davam etdirilir. Lakin müharibə şəraiti ilə əlaqədar olaraq, ölkəmizin bütün bölgələrində internetdə məhdudiyyətlər yaranıb və əksər tətbiqləri yalnız xüsusi proqramlar vasitəsilə istifadə etmək mümkün olur.

İctimai.az xəbər verir ki, internet məhdudiyyəti distant təhsilə də birbaşa təsir edib. Baxmayaraq ki, Təhsil Nazirliyi bir neçə gün öncə bu problemlərin aradan qaldırılması istiqamətində bir sıra addımlar atıb, lakin dünəndən bərpa olunan distant təhsillə bağlı kifayət qədər narazılıqlar var.

İctimai.az informasiya portalı və Vote.az-ın apardığı sorğu nəticəsində vəziyyətin hələ də qənaət bəxş olmadığı ortaya çıxıb. Belə ki, şagirdlər, tələbələr, müəllimlər və valideynlər arasında aparılan “Distant təhsil uğurludur?” sualına sorğuda iştirak edənlərin cəmi 8.1%-i bəli cavabını verib. Qalan 91.9% – 34.3%-i keyfiyyət və tətbiqin fəaliyyətindən, 57.6 % isə internetdən istifadə imkanının zəifliyindən şikayətlənməklə yox deyib.

Onu da əlavə edək ki, dünənlə müqayisədə bugün vəziyyətin azda olsa, yaxşılaşdığı barədə məlumatlar vardır. Ümumilikdə isə, xüsusən internet məhdudiyyəti səbəbindən əksər şagird, tələbə və müəllimlər distant təhsil prosesindən narazıdırlar və mövcud problemlərin aradan qaldırılmasını istəyirlər.

Məsələ diqqətimizdədir və bununla bağlı mütəmadi məlumatlar verəcəyik.