Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiya qüvvələrinin ona nəzarəti ələ keçirməsi xəbərindən sonra iş adamı İlon Maskı Baxmuta səfərə dəvət edib.
O, Maskın yazısına cavab olaraq ingilisdilli Twitter hesabında mesajını buraxıb.
“Elon Mask, sən məndən Baxmut haqqında soruşdun… Gəl, özün gör!” – Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini yazdı.
2022-ci ildə Medvedev Tesla və Space X-in yaradıcısını Moskvada Qələbə Gününü qeyd etməyə dəvət etdi.
Mənbə: Lenta.ru
