Dmitri Medvedev Twitter loqosunun dəyişdirilməsinə reaksiya verib

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Twitter qısa nəşr xidmətinin loqosunun dəyişdirilməsinə ironiya ilə reaksiya verib və bunu əla adlandırıb. O, bu barədə özünün Tvitterdəki ingilis səhifəsində məlumat verib.

“Deməli, indi X-dir? Əla! X olan yerdə həm V, həm də Z var”, – deyə siyasətçi yazıb.

Belə ki, o, sosial şəbəkənin rebrendinqinə reaksiya verərək, Rusiyanın Ukraynadakı xüsusi əməliyyatının simvoluna çevrilmiş təyinatlara istinad edib.

Mənbə: Gazeta.ru

Oxşar xəbərlər