Oktyabrın 21-nə keçən gecə Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində sənaye infrastrukturu obyektinə ziyan dəyib. Bu barədə regional hərbi-mülki administrasiyanın rəhbəri Sergey Lısak öz Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, partlayış baş verən yerdə yanğın başlayıb, yanğın söndürülüb.
Dnepropetrovsk vilayətində gecə ərzində bir neçə dəfə hava hücumu xəbərdarlığı elan edilib. Siren səsləri Ukraynanın digər şərq və cənub-şərq bölgələrində də eşidilib.
Mənbə: A Haber