Moldovanın sabiq prezidenti, müxalif Vətənpərvərlər Bloku liderlərindən biri İqor Dodon Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısında keçirilən etiraz aksiyasında hakim Fəaliyyət və Həmrəylik Partiyasının (PAS) parlament seçkilərində məğlubiyyətə uğradığını açıqlayıb.
“Biz öz səslərimizi müdafiə edəcəyik”, – deyə sabiq dövlət başçısı bildirib.
Onun sözlərinə görə, saat 23:00-a olan məlumata görə, hakim partiya müxalifətə uduzub.