Doğum nisbətinin ən aşağı olduğu ölkələrin adları açıqlanıbbackend

2024-cü ilin sonunadək Malta, Tayvan, Cənubi Koreya və İspaniya dünyada doğuş göstəriciləri ən aşağı olan ölkələr olub.

Malta bütün reproduktiv həyatı boyu bir qadına doğulan uşaqların orta sayı 1,06 olmaqla reytinqə başçılıq edir. İkinci yerdə Tayvan (1,11), üçüncü yerdə Cənubi Koreya və İspaniya (hər ikisi 1,12) qərarlaşıb. İlk beşliyi 1,17 göstərici ilə Sinqapur tamamlayır.

Ən aşağı doğum səviyyəsinə malik ilk on ölkəyə Litva (1,18), Polşa (1,20), İtaliya (1,21), Ukrayna (1,22), Makao və Honq Konq (hər ikisi 1,24) daxildir.