Moskva birjasında dolların məzənnəsi açılışda avqustun 16-dan bəri ilk dəfə olaraq 97 rublu ötüb. Bunu valyuta ticarətinin məlumatları sübut edir.
Moskva vaxtı ilə saat 07:00-a olan məlumata görə, ABŞ valyutası 0,2% artaraq 97,065 rubl təşkil edib.
15 dəqiqə ərzində dollar 97,27 rubla (üstəgəl 0,41%) bahalaşıb. Bununla yanaşı, avro 0,31% bahalaşaraq 105 rubla, yuan isə 0,24% artaraq 13,332 rubla çatıb.
Mənbə: A Haber

