Doqquz vəzifəli şəxs işdən azad olunubbackend

Lənkəran-Astara Regional Təhsil İdarəsinin fəaliyyət planına və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyinin “Monitorinqlərin keçirilməsi barədə” 29 aprel 2024-cü il tarixli elektron məktubunun icrasına uyğun olaraq məktəbəqədər və ümumi təhsil müəssisələrində monitorinqlər həyata keçirilir.

Bu barədə İdarə məlumat yayıb.

Bildirilib ki, monitorinqlər nəticəsində təhsil müəssisələrinin rəhbərlərindən 9-u işdən azad olunub, 3-nə şiddətli töhmət, 6-na töhmət verilib, 3-nə isə yazılı xəbərdarlıq edilib.

İşdən azad olunub:

– Astara şəhər 3 nömrəli körpələr evi-uşaq bağçasının müdiri

– Astara şəhər 4 nömrəli körpələr evi-uşaq bağçasının müdiri

– Cəlilabad rayon Boyxanlı kənd tam orta məktəbinin direktoru

– Lənkəran rayon Osakücə kənd körpələr evi-uşaq bağçasının müdiri

– Masallı rayon Şərəfə kənd uşaq bağçasının müdiri

– Masallı rayon Türkoba kənd tam orta məktəbinin direktoru

– Masallı rayon Sirəbil kənd ümumi orta məktəbinin direktoru

– Masallı rayon Köhnə Alvadı kənd tam orta məktəbinin direktoru

– Masallı şəhər 3 nömrəli tam orta məktəbinin direktoru

Şiddətli töhmət verilib:

– Cəlilabad rayon Privolnoye kənd körpələr evi-uşaq bağçasının müdiri

– Yardımlı rayon Qabaqdibi kənd tam orta məktəbinin direktoru

– Lənkəran rayon Velədi kənd körpələr evi-uşaq bağçasının müdiri

Töhmət verilib:

– Astara rayon Burzubənd kənd tam orta məktəbinin direktoru

– Lənkəran rayon Xolmili kənd körpələr evi-uşaq bağçasının müdiri

– Lənkəran rayon Liman şəhər 4 nömrəli körpələr evi-uşaq bağçasının müdiri

– Lənkəran rayon Alazəpin kənd ümumi orta məktəbinin direktoru

– Lənkəran şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün

xüsusi internat məktəbinin direktoru

– Lənkəran rayon Kənarmeşə kənd tam orta məktəbinin direktoru

Yazılı xəbərdarlıq edilib:

– Lənkəran rayon Liman şəhər 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri

– Lənkəran rayon Aşağı Nüvədi qəsəbə tam orta məktəbinin direktoru

– Masallı rayon Qəriblər kənd tam orta məktəbinin direktoru

Qeyd edək ki, cari ilin yanvar-may ayları ərzində Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən 14 məktəbəqədər və 18 ümumi təhsil müəssisəsində monitorinqlər aparılıb və davam etdirilir.