Dörd aydan çox komada qalan Vətən müharibəsi qazisi şəhid olub – FOTObackend

Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində ağır yaralanaraq koma vəziyyətinə düşən hərbçi Cəfərov Babək Maqsud oğlu şəhid olub.

“Report” xəbər verir ki, o, ötən ilin oktyabr ayının 26-da Xocavənd istiqamətində gedən döyüşlərdə yaralanmışdı.

Həkimlərin səylərinə baxmayaraq, Babəkin həyatını xilas etmək mümkün olmayıb.

Allah rəhmət eləsin!