Dövlət Agentliyində 10 rəis işdən çıxarıldıbackend

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov 10 vəzifəli şəxsi işdən çıxarıb.

Unikal.org-un məlumatına görə, vəzifəsindən azad olunanlardan altısı yol idarəsinin rəisi, dördü isə agentliyin aparatında idarə rəisidir.

Vəzifəsindən azad olunan şəxslər arasında Samux rayon yol istismar idarəsinin rəisi Zakir Quliyev, 8 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Əliheybət Şirinov, 15 saylı Yol İstismar MMC-nin rəisi Zahid Nuriyev də var.