ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen bildirib ki, Qərb ölkələri Ukraynada xüsusi hərbi əməliyyat (SVO) üçün pul ödəməyincə Rusiyaya təxminən 300 milyard dollarlıq dondurulmuş aktivlərini qaytarmayacaqlar. TASS bu barədə O`Brayenin ABŞ Senatının Xarici Əlaqələr Komitəsində dinləmələrdəki çıxışına istinadən xəbər verir.
Rəsminin sözlərinə görə, ABŞ prezidenti Co Bayden və onun G7 həmkarları əvvəllər təsdiqləyiblər ki, Moskva SVO üçün Kiyevə pul ödəməlidir. Ona görə də əvvəllər dondurulmuş, təxminən 300 milyard dollar dəyərində olan vəsaitlər Rusiyaya qaytarılmayacaq.O`Brayen vurğulayıb ki, Rusiya pullarını qaytarmaqdan imtina Moskvaya ciddi təzyiq rıçaqıdır.
Bundan əlavə, dövlət katibinin köməkçisi qeyd edib ki, ABŞ-ın Ukraynaya əlavə dəstək verməkdən mümkün imtina etməsi Çin tərəfindən “zəiflik və axmaqlıq” kimi qiymətləndiriləcək və buna yol vermək olmaz.
Mənbə: TASS











