Dövlət Departamenti Blinkenin Çinə gözlənilən səfəri ilə bağlı şayiələrə cavab veribbackend

TASS-ın ABŞ Dövlət Departamentinin sözçüsü Vedanta Patelə istinadən verdiyi xəbərə görə, ABŞ dövlət katibi Entoni Blinken şərtlər icazə verdikdə Çinə səfər edəcək.

“Dövlət katibinin elan edəcəyi heç bir səfərimiz yoxdur. Daha əvvəl dediyimiz kimi, şərait imkan verən zaman Çin Xalq Respublikasına səfər planlaşdırılacaq”, – Patel bildirib.

Çin bir müddətdir ki, ABŞ-la ilk növbədə diplomatiya və hərbi sahədə birbaşa təmaslardan imtina edir. Birləşmiş Ştatlar gərginliyin artması və ölkələr arasında münasibətlərin pisləşməsi fonunda Çinlə birbaşa əlaqəni bərpa etmək niyyətindədir.

Mənbə: TASS