Dövlət Duması Zelenskinin Ukraynada sülhlə bağlı bəyanatlarını panika adlandırıb

Dövlət Dumasının Krımdan olan deputatı Mixail Şeremet Ukrayna lideri Vladimir Zelenskinin Ukraynadakı münaqişənin həlli ilə bağlı açıqlamalarını panika və gözə toz tökmək adlandırıb. Bu barədə RİA Novosti məlumat yayıb.

Bundan əvvəl Zelenski Amerikanın Fox News telekanalına müsahibəsində Ukrayna hakimiyyətinin ABŞ-ın keçmiş prezidenti Donald Trampla münaqişənin sülh yolu ilə həlli təklifini müzakirə edə biləcəyini bildirib. Eyni zamanda o əlavə edib ki, Donbass və Krımın Rusiya əraziləri kimi tanınması müqabilində sülh Ukrayna üçün qəbuledilməzdir.

Şeremetin sözlərinə görə, Zelenski indi heç bir şərt irəli sürmək iqtidarında deyil.

Mənbə: RİA Novosti

Oxşar xəbərlər