Dövlət Komitəsinin şöbə müdiri vəfat etdibackend

Dövlət Statistika Komitəsinin (DSK) şöbə müdiri vəfat edib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, komitənin Həyat keyfiyyətinin statistikası şöbəsinin müdiri Yaşar Əhməd oğlu Paşa dünyasını dəyişib.

Onun hansı səbəbdən vəfat etdiyi açıqlanmayıb.

Qeyd edək ki, Y.Paşa 1962-ci ildə anadan olub. 1984-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu fərqlənmə ilə bitirib.

1984-1999-cu illərdə Dövlət Statistika Komitəsində iqtisadçı, böyük iqtisadçı, aparıcı iqtisadçı, baş iqtisadçı, idarə rəisinin müavini vəzifələrində işləyib.

1999-cu ildən DSK-nın Əhalinin həyat səviyyəsi və ev təsərrüfatlarının tədqiqatı statistikası şöbəsinin müdiri vəzifəsində çalışıb. 2016-cı ildən isə Həyat keyfiyyətinin statistikası şöbəsinin müdiri olub.