Dövlət Sərhəd Xidməti Aparatının inzibati binasında yanğın olubbackend

Dövlət Sərhəd Xidməti Aparatının inzibati binasında yanğın baş verib.

İctimai.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN)məlumat yayıb.

Qeyd olunub ki, avqustun 17-də, gecə saatlarında nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda Dövlət Sərhəd Xidməti Aparatının inzibati binasının damında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar olaraq dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunublar.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın dam örtüyündə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.