Dövlət Sərhəd Xidmətinin çavuşu vəfat edibackend

Fevral ayının 3-də Dövlət Sərhəd Xidmətinin Yevlax şəhərində yerləşən hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu çavuş Nabatəlizadə Ceyhun Şahin oğlu qeyri-döyüş şəraitində vəfat edib.

İctimai.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilib ki, DSX-nin rəhbər vəzifəli şəxsləri hadisə yerinə ezam olunublar.

Hadisə ilə əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.