Dövlətin qəbul etdiyi qərarlara hörmətlə yanaşmaq lazımdırbackend

Koronavirusun yaratdığı təşviş, təsirindən daha güclü oldu. Çünki, dünyada hələki bu virusa qarşı peyvənd tapılmır. İndiyə qədər minlərlə insanın ölümünə səbəb olan koronavirus bəlası getdikcə yayılır. Xüsusilə ABŞ və Çin arasında ticarət müharibəsinin başa çatdığı bir dövrdə belə bir virusun yayılması növbəti baş tutacaq iqtisadi tənəzzülün xəbərçisi olduğu açıq-aydın görünür. Bu da özlüyündə qlobal böhranın yaşanmasını labüd edir.Ancaq Azərbaycan dövlətinin atdığı qətiyyətli addımlar bizim ölkəmizin vətəndaşına yanaşmasını bir daha göz önünə gətirdi.Bu gün hər birimiz vətəndaş olaraq dövlətimizin bu bəşəri təhlükəyə qarşı atdığı mübarizə tədbirlərini dəstəkləməli, qəbul olunmuş bütün qərarlara məsuliyyətlə əməl etməliyik. Hazırda dünya gündəmini zəbt edən, böyük mənada isə bəşəriyyəti ciddi narahat edən koronovirus infeksiyası demək olar ki, gündəlik həyatımıza təsirsiz ötüşməyib. Reallıq və sevindirici məqam budur ki,bəşəri bəla ölkəmizə digər ölkələrə nisbətən daha az sirayət edib. Təbii ki, biz xalq olaraq buna görə dövlətmizə və onun rəhbəri cənab İlham Əliyevə minnətdar olmalıyıq. Çünki koronovirusla mübarizə tədbirlərinin başlandığı ilk günlərdən indiyədək Azərbaycan dövlətinin atdığı bütün qətiyyətli addımlar xalqımızın ümummilli mənafeyinə, dövlətimizin və millətimizin siyasi və fiziki təhlükəsizliyinə hesablanmış addımlardır. Qəbul olunan qərarlar, həyata keçirilən çevik, təxirəsalınmaz tədbirlər və bu tədbirlərin maddi və mənəvi miqyasının kifayət qədər böyük olması bir daha ölkəmizdə dövlətin öz vətəndaşına olan diqqətini, həssaslığını göstərdi. Dövlətimizin opertiv müdaxilə etdiyi məsələlərdən biri də məhz dünya dövlətlərinin eləcədə, Azərbaycanın sərhədlərinin bağlı olduğu bir məqamda hətta koronovirusun tüğyan etdiyi ölkələrdən belə öz vətəndaşlarını, həmin ölkələrdə təhsil alan tələbələri təcili vətənə qaytarılmasının təmin edilməsi oldu.Bəzi dövlət başçılarından fərqli olaraq bizim ölkə rəhbərimiz nümunəvi addımlar atdı. Bir gənc kimi həmyaşıdlarımın, soydaşlarımızın təcili vətənə qaytarılması, onların dövlət qayğısı ilə birbaşa təmin olunması, karantin şəraitinin yüksək səviyyədə olması məni çox sevindirdi.

Hazırda koronovirusla mübarizə tədbirlərinin daha da genişləndirildiyi bu məqamda xalqımız vətəndaş həmrəyliyi nümayiş etdirir. Xarici dövlətlərdə yaşayan həmvətənlərimizin öz qapılarını soydaşlarının üzünə açması, respublikamızda yaşayan vətəndaşlarımızın qəbul olunan bütün qərarlara təmkin və məsuliyyətlə əməl etməsi, bu amansız virusla mübarizəyə maddi və mənəvi dəstəyin ümumxalq işinə çevrilməsi insanın vətəninə, xalqına olan məhəbbətini daha da alovlandırır.Bütün həmvətənlərimizə bu mübarizədə güclü olmağı arzu edirəm.

Valeh Anaroğlu