Döyülən qardaşına görə Hacıqabul sakini bıçaqlanıbbackend

Hacıqabulda bıçaqlanma olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabulun Atbulaq kəndində qeydə alınıb. Atbulaq kənd sakini, 1989-cu il təvəllüdlü Ramil Muradulla oğlu Muradov mübahisə zəminində Xəyyan adlı şəxs tərəfindən bıçaqlanıb. R.Muradov bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyat olunub.

Məlumata görə, hadisəyə R.Muradovun qardaşının bir neçə şəxs tərəfindən döyülməsi səbəb olub. Bunu aydınlaşdırmaq istəyən R.Muradova bıçaqla xəsarət yetirilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.