Fiqurlu konkisürmə üzrə dünya çempionatının bürünc mükafatçısı Marqarita Drobyazko sosial şəbəkələrdəki səhifəsində Litva prezidenti Gitanas Nausedanın Litva vətəndaşlığından məhrum edilməsi haqqında fərmanından şikayət etdiyini bildirib.
Drobyazko yazıb: “Mən Nausedanın məni Litva vətəndaşlığından məhrum edən fərmanına qarşı şikayət verdim və şikayətimi Vilnüs Rayon İnzibati Məhkəməsi qəbul etdi”.
İyulun 28-də Litvanın daxili işlər naziri Aqne Bilotaite ölkə prezidentinə müraciət edərək Marqarita Drobyazkonun Tatyana Navkanın şousunda iştirakına görə vətəndaşlıqdan məhrum edilməsini xahiş edib. Sentyabrın 15-də Gitanas Nausėda fiqurlu konkisürən idmançını vətəndaşlıqdan məhrum edən fərman imzalayıb.
Mənbə: TRT Sport