DSK-a Sədri Hacıbala Babayevdən Prezidentin son islahatlarına XƏYANƏTbackend

Bu gün cənab Prezident İlham Əliev ölkənin çiçəklənməsi üçün yeni islahatlar kursu həyata keçirir. Ancaq buna baxmayaraq bəzi bürokrat məmurlar yaşlarının bu qoca çağlarında bu islahatlara əngəl olmaq istyətirlər. Onların zəncirvari qurulan dostluq sistemi, bu sisemdən doğan marağları İlham Əliyevin islahatlarına mənim kimi dəstək vermək istəyən gənclərə əngəllər yaradır. Belə əngələrdən biri 28 saylı Sabuncu III seçki dairəsində mənə yaradıldı. Dairə sədri Hacıabala Babayev mənim namizədliyimin qəbul olunmaması üçün əlindən gələni əsirgəmədi. Bəli o fəaliyyətini öz başna etmirdi. Hazırki deputat Eldar Quliyevin bir başa əmrini yerinə yetirirdi. Mənimlə ikili söhbətində seçki məcəlləsi haqqında kitabı mənə göstərib “Mən bu kitabda yazılan hər bir kəlama əməl etmirəm” sözlərini deyəndə, mən ciddi qəbul etməməmişdim. “Mən istəməsəm burdan heç kim seçililə bilməz” deyirdi. Hacıbala müəllimin sözlərinə əlavə etmədidiyi və mənə demədiyi həqiqət bu idi ki, “Mən öz sözümü demirəm, Mən Eldar Quliyevi və onun havadarlarının sözünü deyirəm”.

Hadisələr canab Prezident İlham Əliyevin Növbədən kənar Parlament seçkiləri haqqında sərəncamın verilməsindən sonra cərəyan etdi. Düzdü buna qədər Hacabala Babayev məndən şəxsiyyət vəsiqəmi və tərcümeyi halımı qəbul etmişdi. Artıq Dekabırın 21 rəsmən müraciət olan vaxtlarda mənə “gəl “YAP”ın siyahısını gözləyək deyirdi. Normal qəbul edir, söhbet edirdik. Bu insan məndə özünə qarşı inam yarada bildi. Yeni Azərbaycan Partiyasının siyahısı çıxdıqdan sonra da yenə səs çıxmadı. Yalnız dekabrın 29-da min bir əzabla mən bu şəxsdən bildiriş ala bilmişəm. Yanvarın 3-də isə imza vərələqəri mənə təqdim olundu. İnanın ki bu prosesdə o qədər rahat başa gəlmədi. Hər kəsi şok edən hadisə yanvarın 10-da baş tutdu. Çünki rəqiblərin qorxuduğu baş tutdu. Heç bir madiyyat sərf etmədən, Eldar Quliyevin qorxu imperasiya olan ərazidən 500 nəfər insan mənə imza verdi. Hətta onların çox imza vərələrinə imza atərkən Eldar Quliyev bu imzanın hirsini bizdən çıxmaz sualını verirdi. 3 gün ərzində problemsiz girib çıxdımız Nardaran kəndinə 4-cü gün nəinki mənim özümə problem yaratdılar. Axşam mənsiz orda keçən taksi sürücüsünü əraziyə buraxmırdılar. Bir çox şəxslər şəxsiyyət vəsiqələrinin Eldar Quliyevin adamları tərəfindən mənimsədiyini bildirdilər. Bir çoxları isə digər namizədlərin imza üçün 20 manatdan payladığını bildirdilər. Düzdü ikincinin edilməsi prosesinə mən heç nə deyə bilmərəm. İmza sahibi və namizəd öz aralarında olan məsələdəri. El məslində deyildiyi kimi: Alan razı, satan razı…

Min bir əzabla hava şəraitinin çətinliyinə baxmayaraq 10 il Eldar Quliyevin deputat olub bərbad asvaltlı küçələrindən xəbəri olmadığı küçələrdən vətəndaşlardan imza topladıq. Yanvarın 10-da saat 16:00 imza vərəqlərimizi qürurulu bir şəkildə DSK-ya təqdim etdik. Ancaq qarşımızda yaradılan həm gülünc həm də ağlamalı bir vəziyyət yaratdılar. Əvvəlcə sədrin otaqda olmasına baxmayaraq katibəsi Natəvan xanım güc işlədərək məni itələyib otaqdan çıxartdı. Sonra Nürəddin adlı Katib məni qəbul etdi. İmza vərəqlərinə baxdı. Dedi sənədlərini ver. Mən təqdim etdiyim zaman mənə dedilər ki, sənin sənədlərin əksikdir. İşsizlik haqqında arayış yoxdur. Əmlakın barədə məlumat verməmisən. Halbuki əmlakım haqqında məlumat vermək istəyəndə bu prosesin imza vərəqlərini təhvil verdikdən sonra olacağını bildirlər. MSK-nın qaynar xəttin zəng vurduqdan sonra mənə Nürəddin müəllim “sənə blankları vermişik yəqin itirmisən” dedi. Əvəzində əgər mənim sənədlərim qaydasında deyilsə niyə mənə imza vərəqləri verdiz sualına cavab verən olmadı. Axırda mənə dedilər ki hər sənəd düz olsa da işsizlik haqqında arayışı mütləq təqdim etməlisən. Mən onlara bu arayışın tələb edilməsinin qanunsuz olduğunu dediyim zaman, daşdan divardan səs çıxdı bu insanlarda sadə suala cavab gəlmədi. Sonra get “kənd soveti” sənə iki dəqiqə arayış verəcək dedilər. Maştağa kənd icra nümayəndəliyinə getyim DSK komissiya üzvləri elə bir teatr tamaşası oynadılar ki, guya Kənd icra nümayəndəliyi işsizlik arayışı vermək səlahiyyətindədir ancaq indi vermir. Nəisə çox gəl-getdən sonra axırda gördüm ki, DSK-nın qapsı bağlandı. Səhəri gün yenə əraziyə gəldim. Səsiz səmirsiz əlavə bir sənəd almadan mənim imza vərəqələrim məndən alındı və mənə arayış təqdim olundu. Məhşur Azərbaycan filimində dediyi kimi ” elə bildik oğuz elinin qadalı-bəlalı günləri arxada qald”. Ancaq sən demə həqiqətən hadisələrin gedişi elə Dədə Qorqud personajının dediyi kimi idi. “Sən acınacaqlı hadislər bundan sonra başlayacaqdı” Yanvar ayının 15-də MSK-nın sistemə baxdığım zaman məndən imza vərəqlərinin alındığına görə + işarəsini görmədim. Dərhal hadislərə müdaxilə etdim. MSK-nın qaynar xəttindən mənə verilən cavab o oldu ki, siz gec vermisiz imza vərəqlərini ona görə sistem bağlanıb. Halbuki mən bu vərəqləri ayın 10-da saat 16:00 aparmışdım. Ancaq onları məndən qəbul edən olmadı. Bu gün isə mənə imtina haqqında arayış istədim. Mənə “indi işimiz var sabah gəl dedilər” Sədr Hacıbala müəllim mənə sən imza vərəqlərini gec təhvil vermisən dedi. Mən isə vərəqləri gec təhvil vermədiyimi siz gec qəbul etdiniz dedim. Nəticə bilirsiz necə oldu ? Üzümə baxım yenə heç bir cavab verən olmadı.

Bir sözlə Eldar Quliyev bu hərəkəti ilə əyani şəkildə sübut etdiki , xalq arasında bir millət vəkili kimi heç bir hörmətə sahib deyil. Onun yaratdığı qorxu imperiyasından başqa bir şey deyil. Eldar Quliyev təkcə xalqın hörmətini qazanmadığı ilə yanaşı məndən də bir rəqib çəkindiyini biruzə verdi. Çünki onun ilk günlərdə verdiyi açıqlamadakı fikirləri darmadağın etdim. Dedi ki, gənclərə uşaq gözü ilə baxılır. Ancaq mənim imza vərəqlərimdə yaşı yetmişi, səksəni keçən şəxslər var idi. Deyir ki, gənc olan şəxs adlı sanlı ailədən çıxmalı idi. İnsanlar mənim əslimə və nəslimə görə yaşlı, cavan, kişi qadın hər biri imza verdi. Mən bu günlərdə haqlı idim. Ancaq saxtakarlığın qurbanına çevrildim. Mən və mənə imza verən 500 nəfər cənab Prezidetin İslahatlar kursuna inanırdı və dəstək vermək istəyirdi. Ancaq DSK sədri Hacıbala Babayev bir başa islahatlara havadarları ilə xəyanət etdi.

//Nəzərbəy Hacıağayev