DSX generalından Qazaxın yeddi kəndi ilə bağlı AÇIQLAMAbackend

“Qazaxın yeddi kəndi ilə bağlı məsələ delimitasiya mövzusudur. DSX həmin komissiyada fəaliyyət göstərir”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Dövlət Sərhəd Xidmətinin Aparat rəhbəri general-mayor Elçin İbrahimov bu gün DSX-nin 103 illiyinə həsr edilən hesabat tədbirində jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, delimitasiya işi başa çatdıqdan sonra demarkasiya işləri həyata keçiriləcək:

“Belə ki, daha sonra bütün məsələlərdə olduğu kimi bu məsələ ilə əlaqədar da DSX-nin qarşısına qoyulacaq tapşırıqlar uğurla yerinə yetiriləcək”.