DTX Müdafiə Nazirliyində əməliyyat keçirdi, saxlanılan varbackend

Dövlət Təhlükəsizliyi Xidməti Müdafiə Nazirliyində əməliyyat keçirib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, nazirliyin Maliyyə İdarəsinin şöbə rəisi, polkovnik Xələfov saxlanılıb.

Dünən Səbail rayon Məhkəməsində onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Polkovnik Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə təqsirləndirilir.

O, yarım milyon manatdan çox dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir.