DTX tərəfindən saxlanılan “Broker Əbülfəz”in həbs müddəti uzadıldıbackend

“Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.

APA-nın əldə etdiyi xəbərə görə, Səbail Rayon Məhkəməsində keçirilən iclasda istintaq orqanının təqdimatı əsaslı hesab olunub.

Qərara əsasən, Əbülfəz Məlikov barəsində həbs qətimkan tədbirinin müddəti 2 ay uzadılıb.

Qeyd edək ki, Əbülfəz Məlikov Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində saxlanılıb.

Şirkət rəhbəri barəsində Cinayət Məcəlləsinin 209.3 (gömrük ödənişlərinin ödənilməsindən yayınma, xüsusilə külli miqdarda törətdikdə), 213.3 (vergiləri ödəməkdən yayınma – xüsusilə külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

İş üzrə ibtidai istintaq davam edir.