Lada avtomobilləri Dubayda sifariş üçün hazırlanıb.
Bu barədə TASS Pearl Plus Motors şirkətinə istinadən xəbər verir.
“Pearl Plus Motors” Rusiyanın “AvtoVAZ” istehsalçısı ilə diler müqaviləsi bağlayıb, Lada-nın Birləşmiş Ərəb Əmirliklərində rəsmi distribyutoru olub”, – TASS-ın açıqlamasında deyilir.
Qeyd olunur ki, BƏƏ-də Granta Sedan, Vesta SW Cross, Niva Legend və Niva Travel avtomobilləri təklif olunacaq. Artıq bir neçə sifariş qəbul edilib. Satışlar bir neçə aydan sonra başlayacaq.
Bundan əvvəl məlum olub ki, 2024-cü ilin oktyabr ayında AvtoVAZ 42,9 min avtomobil satıb.