Dünya Bankı Kiyevə 1,5 milyard dollar kredit veribbackend

Dünya Bankının (DB) Direktorlar Şurası iyunun 29-da Ukraynaya Yaponiya hökumətinin zəmanəti ilə 1,5 milyard dollar məbləğində kredit ayrılması barədə qərar qəbul edib.

TASS xəbər verir ki, bu barədə DB-nin mətbuat xidməti yazılı açıqlama yayıb.

Açıqlamada qeyd edilir ki, Dünya Bankının 1,5 milyard dollarlıq yeni krediti Ukraynadakı ev təsərrüfatlarını dəstəkləmək və Rusiyanın xüsusi hərbi əməliyyatının nəticələrini yumşaltmaq üçün istifadə olunacaq. Maliyyə qurumu vurğulayır ki, bu kredit ADVANCE Ukraine (Advancing Needed Credit Enhancement for Ukraine Trust Fund) fondu çərçivəsində Yaponiya hökumətinin zəmanəti ilə verilir və Ukraynanın 2023-cü ildə maliyyə ehtiyaclarını ödəmək üçün nəzərdə tutulmuş beynəlxalq dəstək paketinin bir hissəsidir. Hazırda Dünya Bankı Ukraynaya kömək etmək və onun əsas ehtiyaclarını ödəmək üçün artıq 37,5 milyard dollardan çox vəsait ayırıb.

Mənbə: TASS