Dünya bazarında neft qiymətlərində KƏSKİN ARTIMbackend

Dünya bazarlarında neft qiymətlərində artım qeydə alınıb.

“Brent” markalı neftin bir barelinin qiyməti 18 faiz bahalaşaraq 139,13 dollara çatıb.

WTI markalı neftin bir barelinin qiyməti 7,9 faiz bahalaşaraq 121 dollar təşkil edib. Qiymətlər bu markalı neft üzrə 130 dollara qədər çatıb.

Xatırladaq ki, neft qiymətlərində tarixi maksimum 2008-ci ildə qeydə alınıb. Həmin vaxt neftin bir barelinin qiyməti 143 dollara çatıb, 2012-ci ildə qiymətlər 128 dollara kimi yüksəlmişdi.