Dünya bazarında neftin qiymətibackend

Dünya bazarında neft bahalaşıb.

Bu barədə RT məlumat yayıb.

WTI markalı neftin aprel fyuçersləri 0,87 faiz bahalaşıb və bir barelinin qiyməti 65 ABŞ dolları təşkil edib.

“Brent” markalı neftin may fyuçersləri isə 0,88 faiz bahalaşıb və bir bareli 68,5 ABŞ dollarına satılıb.

Dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 67,60 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə – 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.