Dünya bazarında şərabın çox olması səbəbindən fermerlər üzüm bağlarını yandırmağa başladılarbackend

Dünya bazarında şərab həddən artıq çoxdur, ona görə də bəzi ölkələrdə fermerlər üzüm bağlarını yandırmağa başlayıblar. Bu barədə Bloomberg məlumat yayıb.

Belə ki, Avstraliyada yerli sakin Toni Taunsend 2023-cü ildə 14 hektarlıq üzüm bağının yarısını yandırıb, çünki əks halda 23 min dollar itirə bilərdi.Gələcəkdə o, iqtisadi məqsədəuyğun olmadığına görə şərab istehsalını tamamilə dayandırmağa hazırlaşır.

Riverland Wine sənaye qrupunun baş icraçı direktoru Lyndall Rowe-ə görə, Avstraliya şərabçılarının 25%-ə qədəri bizneslərini bağlamaq niyyətindədirlər, çünki bunun üçün gələcək görmürlər. Bloomberg qeyd edir ki, dünyanın qalan hissəsi də oxşar vəziyyətlə üzləşir: şərab istehsalının 60 illik minimuma çatmasına baxmayaraq, ehtiyatlar çox yüksəkdir.

Mənbə: Bloomberg