Rusiya Federasiyası və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenkonun Kremldə keçirilən görüşünə misli görünməmiş sayda jurnalist və dünya mediası akkreditə olunub.
Bu barədə “Kommersant” müxbir Andrey Kolesnikova istinadən xəbər verir.
Onun sözlərinə görə, Kremldə rusiyalı və belaruslu jurnalistlərlə yanaşı, AFP, Reuters, Çin və Hindistanın müxbirləri var.
“Hamı Vladimir Putinin təmas xəttində atəşkəs və sülh danışıqları mümkünlüyü ilə bağlı şərhini gözləyir”, – mesajda deyilir.