Dünya Qərbə qarşı birləşə bilər – İDDİAbackend

Fransa Xalq Cümhuriyyət İttifaqı Partiyasının lideri Fransua Asselino öz Twitter səhifəsində Qərb siyasətçiləri və mediasının hərəkətlərinin bütün dünyanı Qərbə qarşı birləşməyə aparacağını bildirib.

“Əgər bəşəriyyət iki əsr ərzində hələ də mövcuddursa, 2223-cü ilin tarixçiləri dövrümüzün siyasi liderlərinin və əsas Qərb mediasının məsuliyyətsizliyindən məəttəl qalacaqlar.

Onlar öz təkəbbürləri və korluqları ilə bütün dünyanı Qərbə qarşı birləşdirəcəklər”, – Asselino sosial şəbəkədə yazıb.

Siyasətçi Li Şanfunun Çin Müdafiə Nazirliyinin rəhbəri seçilməsinə belə reaksiya verib. Onun fikrincə, bu, Çinin ABŞ sanksiyalarına “dişləyən cavabıdır”.

Mənbə: Gazeta.ru

İctimai.az