Dünya Sosial İş Gününə həsr olunmuş Forum teatr təlimi keçirilibbackend

Dünya Sosial İş Gününə həsr olunmuş Forum teatr təlimi keçirilib.

13-14 mart tarixlərində Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu, “Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi” İctimai Birliyi və Sosial İş Məktəbinin birgə əməkdaşlığı çərçivəsində Dünya Sosial İş Gününə həsr olunmuş Forum teatr təlimi təşkil olunub.

Təlimin əsas məqsədi sosial problemlərin həllinə yönələn interaktiv metodikanın tətbiqi ilə məlumatlılığın artırılması və müsbət dəyişikliklər üçün yeni yanaşmaların formalaşdırılması olub.

Təlimin ilk günündə “Əlilliyi olan uşaqlar və cəmiyyət”, “Ailədaxili münasibətlərin uşaq inkişafına təsiri” və “Uşaq inkişafında ataların rolu” mövzularında çıxışlar edilib, iştirakçılara Forum teatr texnikası haqqında təqdimat təqdim olunub.

İkinci gün ərzində isə mövzular üzrə qrup işləri davam etdirilib, iştirakçılar tərəfindən Forum teatr performansları nümayiş olunub və tamaşaçılarla birlikdə alternativ həll yolları üzərində interaktiv müzakirələr aparılıb.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib və ənənəyə uyğun olaraq Sosial İş Günü birlikdə qeyd olunub.