Məşhur amerikalı müğənni və aktyor Justin Timberlake ilk dəfə Bakıda konsert proqramı ilə çıxış edib.
Lakin onun bu səfəri və konserti sosial şəbəkələrdə gözlənildiyi qədər əks-səda doğurmayıb — səbəb isə Timberlake-in nə konsertdən sonra şəxsi hesablarında bu barədə hər hansı bir paylaşım etməməsidir.
İctimai.az xəbər verir ki, iyulun sonunda Bakıda baş tutan konsert sosial şəbəkə istifadəçiləri və fanatlar tərəfindən böyük maraqla qarşılanıb. Bakı Olimpiya Stadionunda kütləvi iştirakçı sayı ilə təşkil olunan tədbirdə Timberlake öz repertuarından bir sıra sevilən hitlərini ifa edib. Ancaq konsertdən görüntülərin yalnız tamaşaçıların şəxsi paylaşımları vasitəsilə yayılması bir çox izləyicini məyus edib.
Məsələ ilə bağlı hələlik Timberlake və ya onun menecmentindən rəsmi açıqlama verilməyib. Bununla belə, yerli fanatları ulduzun Azərbaycan səfərinin görünməz qalmasından narazı olduqlarını ifadə edirlər.














