Dünyada kişilərin üçdə biri HPV-yə yoluxmuşdur

İspaniya, Belçika və ABŞ-dan olan mütəxəssislərin də daxil olduğu beynəlxalq alimlər qrupu müəyyən edib ki, yetkin kişilərin üçdə biri ən azı bir növ genital insan papillomavirusuna (HPV) yoluxur. Bunu nüfuzlu “The Lancet Global Health” elmi jurnalında dərc olunan araşdırmanın nəticələri sübut edir.

Nəşrin materialına görə, sistematik icmalda 1995-ci ildən 2022-ci ilə qədər dərc edilmiş 65 araşdırma nəzərdən keçirilib. Onlarda 15 yaşdan yuxarı 45 minə yaxın kişinin iştirak etdiyi bildirilir.

Meta-analizin nəticələrinə görə, HPV-nin istənilən növünün qlobal yayılmasının payı 31% təşkil edir. Eyni zamanda, dünyada kişilərin 21% -i yüksək onkogen riskli HPV ilə xəstədir. Qeyd olunur ki, ən çox yayılmış iki növ HPV-16 (kişilərin 5%-i) və HPV-6-dır (4%).

Mənbə: Lenta.Ru

Oxşar xəbərlər